Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2024 , 22:34

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vergi xidmətinin rəhbəri: “Son illər əmlak vergisinin həcmini 2.2 dəfə artırmışıq”

“Şüvəlan bələdiyyəsində vətəndaşların qarşılaşdığı problemlərin həlli daim bələdiyyə sədrinin  diqqət mərkəzində saxlanılır”- bu fikirləri adıçəkilən bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov bildirib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İcitmai birliyinin sədri Vüqar Tofiqlinin və baş mühasibi Gülər Məmmədovanın iştirakıyla keçirilən görüşdə bələdiyyənin əldə etdiyi gəlirlər müzakirə edilib.

Görüşdə bildirilib ki, Şüvəlan Bələdiyyəsinin büdcə gəlirləri 2019-cu illə müqayisədə ötən il  2.4 dəfə artıb. Belə ki, 47.507 manata qarşı 2023-cü ildə 114.488 manat maliyyə vəsaiti əldə edilib.

Bununla yanaşı 2019-cu illə müqayisədə əmlak vergisinin həmi 2.2 dəfə, torpaq vergisinin həcmi isə 3.2 dəfə artıb.  Ötəni il 85.343 manat əmlak vergisi, 30 min manata yaxın torpaq vergisi toplanılıb. 

Görüşdə vergi xidmətinin rəhbəri Rizvan Rəhimov yenilənmiş BAMS proqramının bələdiyyənin büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Üstəlik BAMS proqramının  Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasıya edilməsi bələdiyyənin büdcə gəlirlərinin artımında əsaslı rol oynamaqdadır. Artıq bu artım cari ilin birinci rübündə əldə olunan gəlirlərdə öz təsiri göstərməkdədir.  

Bələdiyyənin inzibati binasında baş tutan görüşdə eyni zamanda müraciət edən vətəndaşlarda qəbul edilərək qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Qəbul olunanlar sırasında olan  Vətən müharibəsi qazisi Dilavər Nuruşlunun problemləri də dinlənilərək həlli istiqamətində addımlar atılıb.

Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İcitmai birliyinin sədri Vüqar Tofiqli bələdiyyənin fəaliyyətiylə bağli öz fikir və mülahizələrini bildirib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024